Baş səhifə
Xəbərlər
Akademiya
Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri Agentliyinin (CEPOL) əməkdaşları Gömrük Akademiyasında olublar
Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri Agentliyinin (CEPOL) əməkdaşları Gömrük Akademiyasında olublar
24 noyabr 2021-ci il tarixində Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin (CEPOL) Beynəlxalq Əməkdaşlıq İdarəsinin müdir müavini Qabor Kemenyi və Avropa İttifaqının (Aİ) “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (“TOPCOP”) layihəsinin fəaliyyət meneceri Frans Murman Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) fəaliyyəti ilə tanış olublar.
DGKA-da keçirilmiş görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ali təhsil müəssisəsinin fəaliyyəti barədə danışıb. O, Akademiyanın gömrük təlim-tədris qurumu və eyni zamanda Ümumdünya Gömrük Təşkilatının Regional Təlim Mərkəzi kimi fəaliyyətindən bəhs edib. Bildirilib ki, Gömrük Akademiyası üçün Aİ-yə daxil olan ölkələrin universitetləri və təlim-tədris mərkəzləri ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi prioritet sahədir və bu sahədə mühüm addımlar atılır. Qulu Novruzov DGKA-nın CEPOL ilə “TOPCOP” layihəsi çərçivəsində əməkdaşlığının ölkənin gömrük xidməti kadrlarının potensialının gücləndirilməsi və peşəkar hazırlığı üçün yeni təlim-tədris imkanlarının yaratdığını diqqətə çatdırıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam etmiş, şanlı Azərbaycan Ordusunun müstəsna qəhrəmanlığı sayəsində və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli qələbə ilə başa çatmış Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini vurğulayan Akademiya rəisi bütövlükdə ölkənin gömrük sektorunda kadr potensialının yaranmış yeni çağırışlara uyğun olaraq gücləndirilməsinin zəruri olduğunu bildirib.
Tərəflər daha sonra ikitərəfli əməkdaşlıq istiqamətləri və perspektivlər haqqında müzakirə aparıblar. CEPOL əməkdaşları Qabor Kemenyi və Frans Murman DGKA ilə əməkdaşlıqdan böyük məmnuniyyət duyduqlarını, əməkdaşlığın genişləndirilməsini arzu etdiklərini və bunun üçün zəruri dəstəyi təmin etməyə hazır olduqlarını vurğulayıblar.
Xatırladaq ki, DGKA “TOPCOP” layihəsi çərçivəsində Azərbaycanda gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurumdur.